Gözlərimin önündə bir qoca dünya,
İnan, arzu, xəyallar hər biri yalan.
Cahan dolmuş olsa da, keflə, səfayla,
Elə dərdi-səridir şairə qalan.
Gözlərim qürubda, dərdlər sərasər.
Bu cəfaya təng çıxar, hansı igid ər?
Tanrım, hüzn yayını, bir azca da gər,
Yalnız oxu köksümdən sapla bu səfər.
Razıyam, kədər olsun, qəlbimə dolan.
Onsuz dərdi-səridir şairə qalan.
Yorğun könlüm sığmaz, bu dünyaya dar.
Görünməz bir ocaq var, içimdə yanar.
Zaman uçub gedir, sevincsə əğyar.
Sevda çiçəkləridir qəlbimdə solan.
Yalnız dərdi-səridir şairə qalan.
This poem has not been translated into any other language yet.
I would like to translate this poem